16 İyul 2014 11:40
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, həmin məzunların yalnız ikisi rayon və kənd orta məktəbini bitirib.

I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki "Zəngi" liseyinin bu ilki məzunudur.

İbrahimov Eltun Nazim oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bitirib.

Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.

Nəbizadə Fatimə Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.

Quluzadə Nurlan Fəzayıl oğlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki "Zəkalar" liseyinin cari il məzunudur.

IV ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə İlkin Rəfael oğlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunudur.

Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.


Müəllif: